Qayt Gl-文本歌词

Qayt Gl-文本歌词

Elton Hüseynliyev
发行日期:

Mənim tək sən idin varım, dövlətim

Sənin yoxluğuna alışmaq çətin

Bura qədər imiş sənin qismətin

Mənə bu qismətinlə barışmaq çətin

Qayıt, gör nə qədər sevənlərin var

Bu həsrət tükənməz Vüsal olmadan

Gözümün işığı, qayıt, nə olar

Xeyirxah, mehriban, gülərüz adam

Tale etdiyin edir həsrətin qəlbi didir

Oğul var, evdən gedir, oğul var, eldən gedir

Tale etdiyin edir həsrətin qəlbi didir

Oğul var, evdən gedir, oğul var, eldən gedir

Ah, bir həsrət çırpınır gözlərimizdə

Sənli xatirələr var evimizdə

Bu dünya bizləri ayırsa belə

Bir vüsal yaşayır ürəyimizdə

Bir həsrət çırpınır gözlərimizdə

Sənli xatirələr var evimizdə

Bu dünya bizləri ayırsa belə

Bir vüsal yaşayır ürəyimizdə

Xeyirxah, mehriban, gülərüz adam

Bu həsrət tükənmir Vüsal olmadan

Getdiyin yollarla geri qayıt, gəl

Sənin bu gedişin hər dərddən acı

Sənin yoxluğuna, de, necə dözsün

Bağrı qan ananla, sevimli bacın?

Atalar dərdini qəlbində yaşar

Mən sənsiz ömrümü necə yaşayım?

Sənə Vüsal adın qoymuşdum, oğul

İndi ayrılığı necə yaşayım?

Sənə, - ‘’qayıt’’, - desəm, qayıdarmısan?

Sənsizlik yaramı sarıyarmısan?

Qayıt, gəl, evimin odu, ocağı

Üşüyür evimin sənsiz bucağı

Sənsiz ömrümüzə qayıt, haradasan?

Bitir ayrılığı, Vüsal, haradasan?

Dərdim dünya boyda, kədərim ümman

Dərdimin dərmanı oğul, haradasan?

Həsrətimə dönən Vüsal, haradasan?

Oğlum, haradasan?

Ah, bir həsrət çırpınır gözlərimizdə

Sənli xatirələr var evimizdə

Bu dünya bizləri ayırsa belə

Bir Vüsal yaşayır ürəyimizdə

Bir həsrət çırpınır gözlərimizdə

Sənli xatirələr var evimizdə

Bu dünya bizləri ayırsa belə

Bir Vüsal yaşayır ürəyimizdə

Xeyirxah, mehriban, gülərüz adam

Bu həsrət tükənmir Vüsal olmadan